image-1backend

İspaniyada üç günlük matəm elan edildi

image-reklam_sirab_01

İspaniya hökuməti güclü yağışlar və daşqınlar nəticəsində həlak olanlarla əlaqədar üç günlük rəsmi matəm elan edib.Güclü yağışlar və daşqınlar nəticəsində   azı 110 nəfər həlak olub, bəziləri itkin düşüb.

Vətəninfo.az xəbər verir ki , bu barədə İspaniyanın ərazi siyasəti naziri Anxel Viktor Torresin mətbuat konfransında söylədiyi sözlərə istinadən RİA “Novosti” məlumat yayıb.

“İspaniyanın Baş naziri Pedro Sançes Əlahəzrət Kral ilə danışdı və ona rəsmi üç günlük matəm fərmanı verdi: 31 oktyabr, 1 və 2 noyabr”, – o, mətbuat konfransında deyib.

Nazir itkin düşənlərin dəqiq sayı ilə bağlı rəsmi məlumat verə bilməməsindən təəssüfləndiyini bildirib, lakin Madridin zərərçəkənlərə mümkün qədər tez kömək etmək üçün regional hökumətlərlə işləyəcəyinə əmin edib. Onun sözlərinə görə, maddi ziyan “çox əhəmiyyətli” olub, baxmayaraq ki, ölkə üçün ən ciddisi insan itkisidir. 

O, Nazirlər Şurasının növbəti iclasında fırtınadan zərər çəkmiş ərazilərin “fəlakət zonası” elan ediləcəyinə də əmin edib. 

Daha əvvəl bildirilmişdi ki, İspaniyanın Valensiya muxtar icmasında qurbanların sayı 100-ə, Kastiliya-La-Mança muxtar icmasında isə iki nəfərə çatıb. 

Güclü yağışlar və tufan İspaniyada “müstəsna” vəziyyət yaradıb, Valensiya, Kastilya-La-Mança və Əndəlusiya icmasına böyük ziyan vurub. Eyni zamanda, Valensiyada qırmızı maksimum həyəcan səviyyəsi elan edilib.

Daşqınlar rayonun yol infrastrukturuna külli miqdarda ziyan vurub, nəticədə 60-dan çox yol bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki