İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, İran İsrailə hücum etmək niyyətində olduğuna dair xəbərdarlıq edib.
Onun sözlərinə görə, Tehrandan xəbərdarlıq Macarıstanın xarici işlər naziri Peter Sijarto vasitəsilə ötürülüb, o, İranın xarici işlər naziri Əli Baqeridən müvafiq məlumat alıb, Jerusalem Post xəbər verir.
“Dünya gözləməlidir ki, İran atdığı hər hansı aqressiv hərəkətin əvəzini ödəməli olacaq”, – Katz əlavə edib.
O, heç bir təfərrüat verməyib.
İran bazar ertəsi səhər ölkənin mərkəzinə, qərbinə və şimal-qərbinə təsir edən mülki təyyarə xəbərdarlığı (NOTAM) verib.