image-1backend

İsrail 50 fələstinlini həbsdən azad etdi

image-reklam_sirab_01

İsrail 50 fələstinlini həbsdən azad edib. Vətəninfo.az xəbər verir ki, azad edilənlərdən biri  23 noyabr 2023-cü il tarixindən həbsdə olan   Qəzza şəhərində Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyyenidir.

Sərbəst buraxıldıqdan sonra mətbuata açıqlama verən Əbu Silmiyye, “İsrailin işğalçı həbsxanalarındakı əsir və məhbuslar, Nəkbədən (Böyük Fəlakət) bu yana Fələstin tarixində görülməmiş bir faciə yaşayırlar” deyə bildirib.

“Əsirlər həbsxanalarında qida çatışmazlığına, fiziki alçaldılmaya, işgəncələrə məruz qalırlar”. Əbu Silmiyye vurğulayıb ki, beynəlxalq ictimaiyyət bütün fələstinli əsir və məhbusların azad edilməsi üçün qəti addım atmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki