image-1backend

İsrail ABŞ-dan 8,7 milyard dollarlıq hərbi yardım paketi alacaq

image-reklam_sirab_01

İsrail ordusunu döyüş texnikası ilə təmin etmək və müdafiə silah sistemləri almaq üçün ABŞ-dan 8,7 milyard dollarlıq hərbi yardım paketi alacaq. 

Vətəninfo.az xəbər verir ki , bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Nazirliyinin baş direktoru, general-mayor Eyal Zamir (təqaüddə olan) Vaşinqtonda ABŞ-ın müharibə üçün 8,7 milyard dollarlıq yardım paketinin təfərrüatlarını təqdim edib”, – məlumatda deyilir.

Bundan əlavə, bu yardım paketindən 3,5 milyard dolların artıq İsrail Müdafiə Nazirliyinin hesabına köçürüldüyü bildirilir. Onlar əsas hərbi satınalmalar üçün nəzərdə tutulub. Qalan 5,2 milyard dollar isə hava hücumundan müdafiə sistemlərinə, o cümlədən Dəmir Günbəz və David’s Slingə, eləcə də təkmil lazer sisteminə xərclənəcək.

Qeyd olunur ki, İsrailin müdafiə naziri Yoav Qalant tərəfindən göndərilən general-mayor Zamir ABŞ dövlət rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki