image-reklam-veteninfo
image-1backend

İsrail ABŞ-dan havada yanacaq dolduran tankerlər alacaq

image-reklam-veteninfo

Vaşinqton müttəfiqi İsrailə hər il ABŞ silah və texnikası almaq üçün milyardlarla dollar verir.

İsrail Müdafiə Nazirliyi ABŞ hərbi dəstəyi ilə maliyyələşdirilən 500 milyon dollarlıq müqavilə çərçivəsində “Boeing” istehsalı olan iki KC-46 hərbi hava yanacaq dolduran tanker almağı planlaşdırdığını açıqlayıb.

Nazirlik avqustun 20-də bəyan edib ki, müqavilə İsrailin müdafiə satınalma komitəsi tərəfindən təsdiqləndikdən sonra ABŞ hökuməti ilə imzalanacaq.

ABŞ hökuməti xarici hərbi satışlara və digər ölkələrə transferlərə nəzarət edir.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusu hazırda dörd Boeing istehsalı olan KC-46 havada yanacaq dolduran tankerlərdən istifadə edir.

Nazirliyin baş direktoru Əmir Baram bildirib ki, bu təyyarələr ordunun uzaqmənzilli strateji imkanlarını gücləndirəcək və daha ucqar ərazilərdə daha böyük güc və əhatə dairəsi ilə fəaliyyət göstərməyə imkan verəcək.

İsrail iyun ayında İrana qarşı 12 günlük hava müharibəsi zamanı belə havada yanacaq dolduran tankerlərdən istifadə edib.

Açıqlamada müqavilənin təyyarənin İsrail sistemləri ilə təchiz olunacağı bildirilsə də, sistemlərin təfərrüatları açıqlanmayıb.

Vaşinqton müttəfiqi İsrailə hər il Amerika silah və texnikası almaq üçün milyardlarla dollar verir.

Nazirlikdən verilən açıqlamada “Müqavilənin həcmi təxminən yarım milyard ABŞ dolları həcmində qiymətləndirilir və ABŞ-ın yardımı ilə maliyyələşdirilir” ifadələri yer alıb.

Bu yaxınlarda bəzi ABŞ respublikaçıları və demokratları İsrailin Qəzzada törətdiyi soyqırımı ilə bağlı narahatlıqlarını və vergi ödəyicilərinin pullarının daxili prioritetlərə xərclənməsinin daha yaxşı olub-olmayacağını əsas gətirərək hökumətin İsrailə hərbi dəstəyini davam etdirməsini tənqid ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki