image-1backend

İsrail Beyrutda Hizbullahın silah istehsal edən obyektlərinə zərbələr endirib

image-reklam_sirab_01

Son günlər İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ərazisində Hizbullahın silah istehsal edən obyektlərinə bir sıra hədəfli zərbələr endirib. Vətəninfo.az -ın məlumatına görə , bu barədə İPB-nin mətbuat xidməti məlumat yayıb.

“Son bir neçə gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD-in dəqiq kəşfiyyat məlumatlarını rəhbər tutaraq Beyrut ərazisindəki bir neçə silah istehsalı obyektinə və digər terror infrastrukturuna bir sıra hədəfli zərbələr endiriblər”, – oktyabrın 2-də verilən bəyanatda deyilir.

İDF bildirir ki, zərbədən əvvəl mülki əhaliyə dəyən zərər riskini azaltmaq üçün lazımi tədbirlər görülüb, o cümlədən müvafiq ərazilərdə təhlükə barədə xəbərdarlıq edilib.

Öz növbəsində Euronews xəbər verir ki, oktyabrın 2-də səhər tezdən Beyrutda partlayış səsləri eşidilib, şəhərdə tüstü görünüb. Beyrutun cənub ətrafının bəzi yerlərində sakinlər təxliyəyə çağırılıb. 

“Al Mayadeen” telekanalı Livan paytaxtının cənub kənarında dörd yaşayış binasının dağıldığını, daha bir neçə binada yanğınların baş verdiyini bildirib.

Oktyabrın 1-nə keçən gecə Beyrutun cənub kənarındakı El Mreyc bölgəsində səkkiz binadan ibarət yaşayış kompleksi bombardman nəticəsində dağıdılıb.

İsrail sentyabrın 23-dən Livana hava zərbələri endirir və oktyabrın 1-də orada quru əməliyyatına başladığını elan edib. Livan hökumətinin məlumatına görə, İsrailin son bir ildə Livana endirdiyi zərbələr nəticəsində təxminən 1900 nəfər həlak olub, 9000-dən çox insan isə yaralanıb ki, onların əksəriyyəti son iki həftədir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki