Artıq 3 gündür ki, İsrailin siyasi rəhbərliyinin göstərişi ilə İsrail silahlı qüvvələri Beyrutdakı Hizbullahın obyektlərinə zərbələr endirmir.
Vətəninfo.az xəbər verir ki, “Kan” radiostansiyası belə bir bəyanatla çıxış edib.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə oktyabrın 10-da Beyrutdakı hədəfi vurub.
Ynet saytı qeyd edir ki, ABŞ prezidenti Co Bayden oktyabrın 9-da Yəhudi Dövlətinin baş naziri Binyamin Netanyahudan Livanın mülki əhalisinə dəyən ziyanı minimuma endirməyi xahiş etdiyindən İsrail Hərbi Hava Qüvvələri Beyrutdakı hədəflərə hava zərbələri endirməyib.