image-1backend

İsrail Beyrutu vurdu

image-reklam_sirab_01
Bu gün səhər tezdən İsrail Beyrutun cənub ətrafına hava zərbələri endirib, bundan əvvəl sakinlərə təxliyə əmri verilib. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın obyektlərini hədəfə aldığını açıqlayıb.

Bu zərbələrdən əvvəl ABŞ Qəzza zolağında və Livanda atəşkəs yaratmaq üçün növbəti cəhdə başladı. Bununla belə, Reuters agentliyinin məlumatına görə, oktyabrın 31-də ABŞ prezidentinin Livan üzrə İsrail üzrə xüsusi nümayəndəsi Amos Hokşteynin Beyruta getməyəcəyi barədə məlumat yayıldıqdan sonra Livan rəsmiləri və analitiklərin atəşkəslə bağlı ümidləri azalıb.

Livandakı münaqişə son beş həftə ərzində İsrailin Hizbullah hədəflərini vurmağa başlaması ilə daha da şiddətlənib. Keçən il ərzində Qəzza zolağında davam edən hərbi əməliyyatlara paralel olaraq İsraillə Hizbullah arasında qarşılıqlı atəşlər baş verirdi. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son bir ildə İsrailin zərbələri nəticəsində ölkədə 2800-dən çox insan həlak olub, onların əksəriyyəti son bir ayda olub.

Bundan əvvəl Livanın baş naziri Nəcib Mikati yaxın günlərdə atəşkəsin elan olunacağına ümid etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image