image-1backend

“İsrail bölgəni hərtərəfli muharibə astanasına gətirdi”- Yıldız

image-reklam_sirab_01

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındaki Daimi nümayəndəsi Əhməd Yıldız bir qrup ölkə ilə birlikdə İsrailə silah transferinin dayandırılmasını tələb edən “Birgə məktub” təşəbbüsünə başladığını açıqlayıb. O, BMT Təhlükəsizlik Şurasında Qəzza və işğal altındakı Fələstin torpaqlarındakı vəziyyətlə bağlı keçirilən açıq iclasda çıxış edib. Qəzzada bütün sərhədlərin aşıldığını və İsrailin tayı görülməmiş müharibə cinayətləri törətdiyini bildirən Yıldız bu ölkənin bölgəni hərtərəfli müharibə astanasına gətirdiyini deyib. Bu böhranlar davam edərkən İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinə (UNRWA) qarşı qəsdən fiziki əməliyyat və siyasi hücumlarını davam etdirdiyinə diqqət çəkib.

İsrailin Qəzzadan sonra Livan, Suriya və İranla gərginliyi artırdığını qeyd edən Yıldız “BMT TŞ-nin əlindəki bütün vasitələrdən istifadə edərək təcili atəşkəsin elan edilməsi, maneəsiz humanitar yardımın çatdırılması və beynəlxalq hüquqa riayəti təmin etməsini istəyirik” ifadələrini işlədib. O, üzv ölkələrin və BMT TŞ-nin təhlükəli gedişatı daha çox gecikmədən dayandırmaq üçün zəruri addımlar atmalarını istəyib: “Bu çərçivədə Türkiyə bəzi əsas ölkələrlə birlikdə İsrailə silah daşınmasının dayandırılmasını tələb edən “Birgə məktub” hazırlayıb”. Bu istiqamətdə İsrailə silah, sursat və müvafiq avadanlıq transferinin dayandırılması üçün kollektiv çağırış etdiklərini bildirib.

“Bütün ölkələrin prinsipial mövqe sərgiləyərək tarixin doğru tərəfində yer almalarını və bu kollektiv təşəbbüsü dəstəkləmələrini tələb edirik” mesajını verən Əhməd Yıldız qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki