image-reklam-veteninfo
image-1backend

İsrail bu ərazidə əməliyyata başlayır

image-reklam-veteninfo

İsrail hakimiyyəti Qəzza zolağında Fələstin anklavının daha bir hissəsinin ələ keçirilməsini nəzərdə tutan növbəti hərbi əməliyyatlar üçün beş aylıq planı təsdiq etməyə hazırlaşır. Vətəninfo.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, mənbələr bildiriblər ki, İsrailin baş naziri Benyamin Netanyahunun dəstəklədiyi hökumətin Qəzza zolağı ilə bağlı planı avqustun 7-də təhlükəsizlik kabinetinə təqdim olunacaq.Bu plana anklavda daha çox ərazinin ələ keçirilməsinin daxil ediləcəyi gözlənilir.

Layihənin həyata keçirilməsi üçün İsrail Müdafiə Qüvvələrinin (IDF) beş bölməsi yerləşdiriləcək. Beş ay müddətinə nəzərdə tutulub.

Həmçinin Qəzza şəhərinin təxminən bir milyon sakininin köçürülməsi planlaşdırılır. Eyni zamanda, mənbələrin məlumatına görə, hakimiyyət Qəzza zolağının sakinlərinə paylanan humanitar yardımın həcmini xeyli artırmaq istəyir.

Mənbələr planın avqustun 7-də təsdiqlənəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki