İsrail bu qanunu qəbul etdi
İsrail Knesseti 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS hərəkatının İsrailə hücumunu rədd etdiyinə görə cinayət məsuliyyəti ilə bağlı qanun qəbul edib .
Vətəninfo.az xəbər verir ki, qəbul edilmiş qanuna görə, “Həmas terror təşkilatını və onun müttəfiqlərini müdafiə etmək, onlara rəğbət və ya həmrəylik bildirmək məqsədi ilə 7 oktyabr qırğınlarını inkar edən materialları dərc edən hər bir şəxs 5 ilədək həbs cəzası ala bilər”.
2023-cü ildə Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200-ə yaxın insan həlak olub, daha 250 nəfər girov götürülüb.
İsrailin cavab hərbi əməliyyatları nəticəsində Fələstin anklavında qurbanların sayı 47 mini keçib.
Yanvarın 19-da Vaşinqton, Doha və Qahirənin vasitəçilik səyləri nəticəsində əldə edilən İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib.