İsrail İranın raket hücumundan sonra cavab tədbirlərini hərbi obyektləri ilə məhdudlaşdırmağı planlaşdırır.Vətəninfo.az xəbər verir ki, bu bəyanatla “The Times of Israel” İsrail rəsmisinə istinadla çıxış edib.
Onun sözlərinə görə, bu qərar oktyabrın 8-i axşam Təl-Əvivdə Müdafiə Nazirliyinin qərargahında ölkənin hərbi-siyasi rəhbərliyinin iştirakı ilə keçirilən çoxsaatlıq görüşün yekunlarına əsasən qəbul edilib.
Baş nazir Benyamin Netanyahu, əsas nazirlər, ordu və kəşfiyyat xidmətlərinin rəhbərləri İranın hərbi obyektlərinə diqqət yetirmək qərarına gəliblər, mənbə bu qərarın dəyişdirilə biləcəyini qeyd edir.
Bu arada İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant çərşənbə günü demişdi ki, İsrailin İrana cavab zərbəsi Tehran üçün son dərəcə gözlənilməz olacaq.
“Müdafiə naziri Yoav Qalant deyib ki, İsrailin İrana zərbə endirməsi ölümcül, yüksək dəqiqlik və gözlənilməz olacaq”, – “The Times of Israel” yazır.
Müdafiə Kəşfiyyat İdarəsinin 9900-cü bölməsinə səfəri zamanı Qalant əmin edib ki, “İran nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcək”.