image-reklam-veteninfo
image-1backend

İsrail, bütün fələstinli uşaq və qadınları həbsxanadan azad etməlidir

image-reklam-veteninfo

Qəzzada HƏMAS hərəkatının lideri Xəlil əl-Haya, İsrailin bütün fələstinli uşaq və qadınları həbsxanalarından azad etməli olduğunu bildirib. RİA Novosti-nin verdiyi məlumata görə, əl-Haya ərəb televiziyalarına verdiyi açıqlamada, “Ömürlük həbsə məhkum edilmiş 250 fələstinli məhbus və oktyabrın 7-dən sonra həbs edilən 1700 fələstinli azad ediləcək. Bütün qadınlar və uşaqlar da azad olunacaq,” – deyə vurğulayıb.

Bundan əvvəl, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşmaları çərçivəsində əsir mübadiləsi haqqında razılıq əldə edildiyi açıqlanmışdı. Razılığa əsasən, atəşkəs rejimi çərçivəsində tərəflər arasında məhbus dəyişdirilməsi həyata keçiriləcək.

İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi və HƏMAS-ın Qəzzada saxlanılan qadın, uşaq və yaşlı fələstinli girovları İsrail tərəfinə təhvil verməsi gözlənilir.

Mübadilənin növbəti mərhələsi üzrə danışıqlar Misir və Qətər vasitəçilərinin fəal iştirakı ilə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki