Vətəninfo.az xəbər verir ki, İsrail Parlamentinin Xarici İşlər və Müdafiə Məsələləri Komitəsinin sədri Yuli Edelşteyn deyib:
“Əgər İran və ABŞ “İranın nüvə proqramının ciddi monitorinqini ehtiva edən” uyğun anlaşmaya nail olsalar, İsrail bunu qəbul edə bilər”.
İyunun 17-də Yuli Edelşteyn İsrail mediasına Tehran və Vaşinqton arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı mümkün razılaşma barədə deyib:
“Bu, böyük ölçülü bir razılaşma deyil, daha çox kiçik razılaşma, anlaşma memorandumu kimidir və məncə, əgər real monitorinq olarsa, İsrail bunun öhdəsindən gələ bilər”.