İsrail döyüş təyyarələri Livanın paytaxtı Beyrut səmasında səs maneələrini aşaraq şəhər üzərində alçaq uçuşlar həyata keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb və təfərrüat verir ki, təyyarələrin yüksək səsi sakinləri qaçmağa və sığınacaq axtarmağa məcbur edib.Mənbənin məlumatına görə, insident “Hizbullah” qruplaşmasının rəhbərinin çıxışından əvvəl baş verib.Şahidlərin bildirdiyinə görə, təyyarələri adi gözlə görmək mümkündür.