image-reklam-veteninfo
image-1backend

İsrail döyüş təyyarəsi Suriyada türk işçiləri VURDU:  üç türk mühəndis HƏLAK OLDU

image-reklam-veteninfo

İsrail döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumu nəticəsində üç türk mühəndis həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Suriya mənbələrindən alınan məlumata görə, İsrail aviasiyası Suriyanın Həma əyalətindəki hərbi bazaya hava zərbəsi endirib.

İlkin məlumata görə, hücumda üç türk mühəndis həlak olub. Onların hansı layihələrdə iştirak etdiyi barədə hələlik rəsmi məlumat yoxdur. İlkin məlumata görə, mühəndislər Suriyada müxtəlif enerji layihələrində çalışıblar.

Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir. Diplomatik təşəbbüs və ya araşdırma başlanacağı rəsmi müraciətdən sonra bəlli olacaq. Türkiyənin İsrailin hərəkətlərinə reaksiyası bölgədəki proseslər kontekstində yaxından izləniləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki