İsrail “Əl-Cəzirə”nin səyyar müxbir məntəqəsinə hücum edib: 4 işçi öldü
İsrail ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanasının yaxınlığında jurnalistlərin çadırına hücum edib. Əl-Cəzirə telekanalının iki müxbiri və iki operator öldürülüb.
Bu barədə Qətər telekanalı məlumat yayıb.
İsrail ordusu özünü “”Əl-Cəzirə” jurnalisti kimi təqdim edən terrorçunu” vurduğunu və raket hücumlarının təşkilinə görə məsuliyyət daşıdığını bildirib.