Dünya Müsəlman Birliyi (The Muslim World League -MWL) İsrail hökumətindəki nazirin Əl-Əqsa məscidi ərazisində bir yəhudi sinaqoqunun inşası ilə bağlı açıqlamasını kəskin şəkildə pisləyib.
Vətəninfo.az xəbər verir ki, Baş Katibliyin verdiyi açıqlamada, Müsəlman Alimlər Təşkilatının Baş katibi və sədri Şeyx Dr. Mohammad bin Abdulkarim al-İssa, “İsrail işğalçı hökumətinin İslam ziyarətgahlarını davam etdirilən pozuntularının bir hissəsi kimi” bu çirkin açıqlamaları qınayıb. O, İsrail hökumətinin bütün beynəlxalq və humanitar qanun və normaların davamlı pozulması, eləcə də bütün dünyada müsəlmanların narazılığına səbəb olan Əl-Əqsa məscidinin tarixi və hüquqi statusuna müdaxiləsi ilə bağlı təhlükələr barədə xəbərdarlıq edib.
O, həmçinin beynəlxalq ictimaiyyətin bu hüquqi və humanitar pozuntulara və İsrailı hökumətinin “günahsız dinc əhaliyə qarşı törətdiyi sistematik cinayətlərə” son qoyulması çağırışına təcili reaksiya verməsinin vacibliyini vurğulayıb.AzPolitika.info