image-1backend

İsrail əsgərləri İordan çayının qərb sahilində 3 fələstinlini qətlə yetirib

image-reklam_sirab_01

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərindəki Əl-Fəriyyə qaçqın düşərgəsində 3 fələstinlini qətlə yetirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın təhlükəsizlik mənbələrinə əsaslandırdığı xəbərə görə, İsrail qüvvələri Tubasın cənubundakı Faria qaçqın düşərgəsində bir evi mühasirəyə alıb.

Xəbərdə İsrail qüvvələrinin silah və raketlərlə atəş açması nəticəsində evdə olan 3 nəfərin həlak olduğu, İsrail qüvvələrinin öldürdükləri fələstinlilərin cəsədlərini də özləri ilə apardığı bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, İsrail qüvvələri mühasirədə olan evin yaxınlığındakı idman klublarından birinə basqın edərək iki nəfəri saxlayıb.

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus, Tulkarim, Qalkiliya, Ramallah, Beytlehem və Hebron şəhərlərindəki qəsəbələrə və qaçqın düşərgələrinə də basqın edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image