image-1backend

İsrail Fələstin prezidentini Qəzzaya buraxmır

image-reklam_sirab_01
Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etməkdə qərarlıdır, lakin orada davam edən döyüşlər və İsrail buna mane olur.

Vətəninfo.az-ın  məlumatına görə, bu barədə “RİA Novosti” yə Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbaş məlumat verib .

“Prezident risklərə baxmayaraq, bu addımı atmaqda həmişə olduğu kimi qərarlıdır, lakin bu addımın qarşısı İsrailin Qəzza zolağının hər qarışında vəhşicəsinə müharibə aparması ilə alınır”, – əl-Həbaş bildirib.

Bundan əvvəl Fələstin prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri Riyad əl-Maliki bildirib ki, İsrail prezident Abbasın Qəzza zolağına girişindən imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki