image-1backend

İsrail Fələstinlə atəşkəslə bağlı razılığa gəlir

image-reklam_sirab_01

İsrail hakimiyyəti Qəzza zolağında atəşkəs və Fələstinin radikal Həmas hərəkatının girovlarının azad edilməsi üçün beynəlxalq vasitəçilərə yeni təkliflər təqdim edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerikanın Axios saytı məlumat yayıb.

Onun mənbələrinə görə, Qətər, Misir və ABŞ nümayəndələrinə təqdim edilən təkliflər arasında mümkün razılaşmaların birinci mərhələsində neçə girovun azad edilməsi məsələsində İsrail tərəfinin istəyi var.

Bundan əlavə, İsrail HƏMAS-ın Qəzza zolağında uzunmüddətli sülh tələbini müzakirə etməyə hazır olduğunu bildirib.

“Yeni təşəbbüs var və bu, ciddidir”, – sayt məsələ ilə bağlı məlumatlı şəxslərdən birinin sözlərini sitat gətirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki