İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran şiə Hizbullah hərəkatını dəstəkləmək üçün əlindən gələni edəcək. Vətəninfo.az xəbər verir ki, bunu Financial Times -a İranın ruhani lideri Ayətullah Əli Xamneyinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib .
“Bütün Livan, ərəb ölkələri və “müqavimət oxu”nun üzvləri İsrailə qarşı Livanı dəstəkləyəcəklər… Müharibənin bütün ölkələrin, o cümlədən İranın da iştirak edəcəyi bütün bölgəyə yayılma ehtimalı olacaq Belə bir vəziyyətdə “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmayacaq”, – deyə Xərrazi bildirib.
İranın Ali Rəhbərinin müşavirinin sözlərinə görə, Tehran regional münaqişədə maraqlı deyil. O, ABŞ-ı daha da gərginliyin qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.
İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında oxşar vəziyyətlə üzləşən təxminən 80 min sakin haqqında məlumat verib.