İsrail girovların azad edilməsi və anklavın nəzarətindən əl çəkməsi müqabilində Fələstin lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz keçid təklif edir.
Vətəninfo.az-ın məlumatına görə , bunu “Bloomberg” agentliyinə müsahibəsində İsrailin oğurlanmış və itkin düşmüş vətəndaşlar üzrə komissarı Qal Hirş bildirib.
“Mən Sinvarın, ailəsinin və ona qoşulmaq istəyən hər kəsin təhlükəsiz keçidini təmin etməyə hazıram”, – Hirş deyib.
“Biz girovları geri qaytarmaq istəyirik. Biz demilitarizasiya, deradikalizasiya, təbii ki, Qəzzanı idarə etmək üçün yeni sistem istəyirik”, – deyə o bildirib.
Hirşin sözlərinə görə, o, təklifini gün yarım əvvəl irəli sürüb. O, onların cavab verib-verməməsi ilə bağlı şərh verməkdən imtina edib.
Hazırda ABŞ, Qətər və Misir Qəzza zolağında İsrail və HƏMAS-a yeni atəşkəs təklifi təqdim etmək üzərində işləyir.
Qəzza zolağında müharibə 2023-cü ildə başlayıb. Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən İsraili işğal etdikdən sonra İsraildə 1200 nəfər həlak olub, 250-yə yaxın adam əsir götürülüb. Qəzzanın səhiyyə idarəsinin məlumatına görə, münaqişə başlayandan bəri İsrailin Fələstin anklavına endirdiyi zərbələrin qurbanlarının sayı 41 min nəfərə çatıb.