İsrail hökuməti girovların azad edilməsi üçün danışıqları bərpa etmək istəmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə yerli “Haaretz” qəzeti Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələrinə istinadən məlumat yayıb.
Öz növbəsində, İsrailin siyasi rəhbərliyi Qəzza zolağının əksər hissəsinin tədricən ilhaqının zəruriliyində təkid edir.
Onu da əlavə edək ki, bir neçə gün əvvəl İsrail prezidenti Benyamin Netanyahu hərbi əməliyyatlarla yanaşı, girovların azad edilməsi üçün də danışıqlar apardıqlarını açıqlamışdı.