Vətəninfo.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti radikal HƏMAS hərəkatının qərargahının rəhbərinin Qəzza zolağının cənubunda, Rəfahda endirilən hava hücumu nəticəsində məhv edildiyini bildirib.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, HƏMAS-ın Yəhudeya və Samariyadakı Baş Qərargahının komandiri Yasin Rabianı, həmçinin HƏMAS-ın Yəhudeya və Samariyadakı qanadının yüksək rütbəli nümayəndəsi Xalid Naqarı İDF və kəşfiyyatın başçılıq etdiyi zərbə nəticəsində öldürüb.
İsrail Müdafiə Qüvvələri də zərbə və atəş nəticəsində bölgədə bir neçə mülki vətəndaşın yaralandığını bildirib.