İsrail Müdafiə Qüvvələri Xan Yunus şəhərində Fələstinin Həmas hərəkatına zərbələr endirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalı məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Nasser Tibb Kompleksində fəaliyyət göstərən HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbələr endirib”, – nəşr yazır.
Hərbçilər hücumdan əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atdıqlarını bildiriblər.