image-1backend

İsrail  Həmasdan sağ qalan girovların siyahısını gözləyir- Jerusalem Post

image-reklam_sirab_01

İsrail Qəzza zolağında Fələstinin Həmas qruplaşması tərəfindən saxlanılan və hələ də sağ olan girovların siyahısını gözləyir. Həmin siyahı olmadan atəşkəs danışıqlarında irəliləmək son dərəcə çətin, hətta qeyri-mümkün olacaq.

Vətəninfo.az xəbər verir ki , bu barədə “The Jerusalem Post” öz mənbələrinə istinadən yazır. Eyni zamanda, İsrail işçi qrupunun dekabrın 22-i axşam saatlarına kimi hələ də danışıqlar üçün Qətərdə olduğu qeyd edilir.

Dövri nəşrin mənbələrinə görə, atəşkəs və girovların qaytarılması ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, razılıq əldə etmək yolunda ciddi çətinliklər var. İsrail mediası ötən həftə məlumat vermişdi ki, sazişin əksər detalları razılaşdırılıb, lakin əsas fikir ayrılığı birinci mərhələdə azad ediləcək girovların sayı ilə bağlı olub. Qəzza zolağında atəşkəs və Həmas tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar son bir ildə dalana dirənib. 2023-cü ildə noyabrın sonunda bir həftəlik atəşkəsdən sonra HƏMAS tərəfindən əsir götürülən 105 girov azad edilib. Son 14 ay ərzində İsrail hərbçiləri 8 girovu xilas edib, 38 nəfərin cəsədini geri qaytarıb. 2023-cü ildə Oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində İsraildə də 1200 nəfər həlak olub.İsrailin cavab hərbi əməliyyatları nəticəsində Qəzza zolağında qurbanların sayı 45 250 nəfəri keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image