image-1backend

İsrail hərbi əməliyyatları dayandırmağa hazırdır – Netanyahu

image-reklam_sirab_01

İsrail girovları azad etmək üçün Qəzzada hərbi əməliyyatları 42 gün müddətinə dayandırmağa hazırdır, lakin əməliyyatı davam etdirməkdən imtina etməyəcək.

Vətəninfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsində qapalı iclası zamanı bildirib.

“İsrail girovları geri qaytarmaq üçün 42 gün ərzində hərbi əməliyyatları dayandıra bilər, amma biz müharibəni dayandıra bilmərik… Çoxlu saxta xəbərlər yayılır”, – “İsrail Hayom” qəzeti ölkənin baş nazirinə istinadən yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki