image-1backend

İsrail Hərbi Hava Qüvvələri Beyrut hava limanına zərbə endirib

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələri Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından bir neçə on metr aralıda əraziyə zərbələr endirib. Vətəninfo.az xəbər verir ki , bu barədə “RİA Novosti” agentliyinin müxbiri məlumat yayıb.

Hava hücumu hava limanı ərazisinə yaxın olan Şuveyfət Əl Amrusiya rayonunda çoxmərtəbəli binaya endirilib.

Noyabrın 14-də səhər saatlarında Beyrutun cənub ətrafına daha iki hava zərbəsi endirilib.

Bundan əvvəl səhər saat 04:30 radələrində İsrail Hərbi Hava Qüvvələri Şiyəx rayonuna üç dəfə zərbə endirib. paytaxtın mərkəzi rayonlarında partlayış səsləri eşidilib. Noyabrın 13-də günorta saatlarında İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətraflarında 6 obyektə hücum edib. Noyabrın 13-ü axşam saatlarında Burj əl-Bərəcnə və Haret Hreyk rayonlarına bir sıra zərbələr endirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image