image-reklam-veteninfo
image-1backend

İsrail hərbi hava qüvvələri bu dəfə Suriyanı VURDU

image-reklam-veteninfo

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqin cənubundakı əl-Qisva qəsəbəsinə, həmçinin Dəra və Quneytra əyalətlərindəki hərbi bazalara hava zərbələri endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.

Eyni zamanda, İsrailin quru qoşunları Dəra və Quneytra əyalətlərində kazarmaları hədəfə alaraq bir neçə əraziyə daxil olub.

Dəməşq sakinləri Dəməşq, Quneytra, Dəraa və Suriya-Livan sərhədi yaxınlığında alçaqdan uçan təyyarələrin səslərinin, həmçinin bir neçə partlayışın eşidildiyini bildiriblər.

İsrail ordusunun sözçüsü Avichai Adrey “Suriyanın cənubunda hərbi texnika və qüvvələrin mövcudluğunun İsrail vətəndaşları üçün təhlükə yaratdığını” deyib və İsrail ordusunun “hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini” vurğulayıb.

İsrailin müdafiə naziri İsrael Katz İsrail hərbi hava qüvvələrinin “Suriyanın cənubunda intensiv hücumlar həyata keçirdiyini” bildirib və “Suriya ordusunun Suriyanın cənubundakı ərazilərində öz imkanlarını qurmaq və genişləndirmək üçün istənilən cəhdinin atəşlə qarşılanacağını” vurğulayıb.

Bu hadisələr Suriyada Milli Dialoq Konfransının yekun bəyanatının dərc olunmasından bir neçə saat sonra baş verib, Suriya hakimiyyəti İsrailin Suriya ərazisinə müdaxiləsini pisləyib və İsraili dərhal ölkənin cənubundan geri çəkilməyə çağırıb.

İsrail qüvvələri Suriya ərazisini işğal etdikdən bir neçə saat sonra, fevralın 26-da səhər saatlarında Dəra və Kuneytranın kənd ərazilərindən geri çəkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki