image-1backend

İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədini VURDU

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bu barədə Suriyanın qərbindəki Homs bölgəsində Livanla sərhəddə yerləşən Vadi Xalid nəzarət-buraxılış məntəqəsi İsrailin hava hücumuna məruz qalıb.

İsrail ordusu Suriyanın Homs bölgəsinə hücumunu təsdiqləyərək, Suriya-Livan sərhədindəki Hizbullahın Livana silah daşımaq üçün istifadə etdiyi güman edilən yolları hədəf aldığını bildirib. 

Bəyanatda həmçinin qeyd olunub ki, ordu “İsrailə qarşı hər hansı təhlükəni aradan qaldırmaq və Hizbullahın varlığını gücləndirmək cəhdinin qarşısını almaq üçün” fəaliyyətini davam etdirəcək.

Öz növbəsində, Livanın milli xəbər agentliyi İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinin “Suriya ilə sərhəd yaxınlığındakı Hermel şəhəri və Bekaanın şimalındakı kəndlər üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirdiyini” bildirib.

İsrail 2025-ci ilin əvvəlindən Suriya ərazisinə silsilə hücumlar həyata keçirərək, bir neçə bölgədəki hərbi və strateji obyektləri hədəfə alıb.

Statistikaya görə, İsrail 10-u havadan, 2-si qurudan olmaqla 12 hücum həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image