Gecə saatlarında Suriyadan Livana daxil olan yük maşınlarının karvanına edilən hücumlar nəticəsində 3-ü “Hizbullah”la işləyən suriyalı olmaqla 5 nəfər həlak olub. Vətəninfo.az-ın məlumatına görə , “Al Hadath” qəzeti hücumların İsrail silahlı qüvvələri tərəfindən həyata keçirildiyini yazır.
İnsan haqları təşkilatı Suriya İnsan Haqları Müşahidə Qrupu İsrail qüvvələrinin Qusayr bölgəsində yük maşınlarını hədəf aldığını bildirib. 5 qurbandan əlavə, 5 yaralı və 2 itkin düşən var.
Al Hadath həmçinin bildirir ki, hərbi mənbələrdən birinə görə, İsrail Hərbi Hava Qüvvələri Livanın şimal-şərqindəki Hermel bölgəsindəki neft anbarlarına 9 raket zərbəsi endirib, nəticədə ən azı 3 Hizbullah döyüşçüsü həlak olub.
Öz növbəsində “Hizbullah” hava hücumundan müdafiə sistemlərinin Livanın hava məkanını işğal edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni atəşə tutduğunu və onu sərhədə doğru geri dönməyə məcbur etdiyini bildirib.
İyunun 10-da “Hizbullah” Livanın cənubunda İsrailin Hermes-900 hücum və kəşfiyyat pilotsuz təyyarəsini vurduğunu bildirib.