Dünən İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Livan Hizbullahı İranın dəstəyi ilə öz hərbi qüvvələrini yenidən qurmaq və silah arsenalını bərpa etmək səylərini davam etdirir.
“Yaxın Şərqdə sülh dairəsini genişləndirmək əzmindəyik”,– deyə, Saar əlavə edib və bölgədə sabitliyin qorunmasının İsrail üçün prioritet olduğunu açıqlayıb.
Bu açıqlamalardan sonra İsrailin baş naziri Benyamin Netanyahu Livanla bağlı məhdud təhlükəsizlik toplantısının keçiriləcəyini elan edib.
Adı açıqlanmayan yüksək rütbəli bir İsrail rəsmisi Kan News-a müsahibəsində bildirib: “Hizbullah həm hücum, həm də müdafiə qabiliyyətini bərpa etməyə çalışır”.


























