image-reklam-veteninfo
image-1backend

İsrail İordaniya sərhədində keçid məntəqələri inşa edir

image-reklam-veteninfo

İsrail hakimiyyəti iyun ayında İordaniya ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə başlayacaq. Tikintinin üç il çəkəcəyi gözlənilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb .

Blokadalar cənub Qolan təpələrindən başlayacaq və Eylat şəhərinin şimalındakı İlan və Asafa Ramon Timna hava limanına qədər uzanacaq. Hava limanı ilə Eylat arasındakı sərhəd hissəsi Misir və Qəzza zolağı ilə sərhəd ilə birlikdə 2010-cu illərdə hakimiyyət tərəfindən möhkəmləndirilib.

Layihənin dəyəri 1,4 milyard dollar təşkil edəcək. İsrail İordaniya ilə sərhədə mümkün qədər yaxın hasar çəkmək və gözətçi qüllələri qurmaq istəyir.İordaniya ilə İsrail arasında, eləcə də İordaniya ilə İordan çayının qərb sahili arasında ya zəncirvari hasarlar, ya da tikanlı məftillər şəklində yalnız qismən maneələr mövcuddur.

2024-cü ilin sentyabrın  ortalarında Ynet xəbər platforması İsrail Müdafiə Qüvvələrinin İordaniya ilə sərhəddə nəzarət rejimini gücləndirmək üçün kompleks tədbirlər hazırladığını bildirdi.O zaman Ynet xəbər verir ki, qaçaqmalçılar son beş ildə tapançadan tutmuş əldəqayırma partlayıcı qurğulara qədər minlərlə silahı bu sərhəddən İordan çayının qərb sahilinə keçirməyə nail olublar. İsrail hərbçiləri yüzlərlə silah qaçaqmalçılığı cəhdinin qarşısını aldı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki