Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail-İran müharibəsi böyük ehtimal kimi qiymətləndirilməlidir.
Vətəninfo.az xəbər verir ki, ölkənin özəl televiziya kanalının canlı yayımında açıqlama verən H.Fidan Yaxın Şərqdəki son proseslərdən bəhs edərək deyib: “Hazırda biz bir-birinə qarışmış hadisələrlə qarşılaşırıq: bir tərəfdə Fələstin və Qəzza soyqırımı, bir tərəfdə Livana hücumlar, bir tərəfdə İranla mümkün müharibə ehtimalı. Hamısının da dinamikası fərqlidir. Biz bütün bunları yaxşı görürük.
İsrail və İran müharibə ehtimalı yüksəkdir. İranın özünü müdafiə haqqı vardır. Biz ölkə və region olaraq buna hazır olmalıyıq. Bölgədə müharibənin yayılması bizim arzuladığımız bir şey deyil. Son 20 ildə var-gücümüzlə işğal və dağıntılara məruz qalan Yaxın Şərq bölgəmizdə müharibəyə son qoymaq üçün çalışırıq. Region xalqının sabitliyi və təhlükəsizliyi üçün müharibə olmamalıdır!”