“Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır.Siz və dostlarınız HƏMAS çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız!”- Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı İsrail Xarici İşlər Nazirliyi İran Ali dini liderinin açıqlamasına cavab olaraq yayıb.
Xatırladaq ki, Xameneyinin rəsmi tvitter hesabı yazmışdı:
“Sionist” rejimin başçıları və onların himayədarları bilməlidirlər ki, Qəzza xalqının qətliamı onların başlarına daha böyük bəla gətirəcək!”.


























