image-reklam-veteninfo
image-1backend

İsrail İranın 6 hava limanına ZƏRBƏ ENDİRDİ – VİDEO

image-reklam-veteninfo

İranda 6 hava limanına hücum edilib, 15 qırıcı və vertolyotu məhv edib.

Vətəninfo.az xəbər verir ki, İsrail ordusu ölkənin hava məkanına nəzarəti gücləndirmək səyləri çərçivəsində İran boyu 6 hava limanına hava zərbələri endirib. İslam Respublikasının qərb, şərq və mərkəzi bölgələrinə endirilən zərbələr nəticəsində 15 döyüş təyyarəsi (F-14, F-5) və helikopter (AH-1) məhv edilib. Bundan əlavə, uçuş-enmə zolaqları və bir yanacaqdolduran təyyarəsi zədələnib.

“Məhv edilmiş təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə qarşı istifadə olunmaq və onların İran ərazisinə hücumunun qarşısını almaq üçün nəzərdə tutulub”, – İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki