“İsrail İranın raket hücumuna cavab verməyə borcludur və biz bunu edəcəyik.”- Vətəninfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu deyib: “İsrail İranın raket hücumuna cavab verməyə borcludur və haqqı var və biz bunu edəcəyik”.
İsrailin baş naziri də Makrona müraciət edərək , Fransa ilə və ya Fransasız qalib gələcəklərini bəyan edərək, Makronun İsrailə silah tədarükünə embarqo qoyduğunu vurğulayıb.
“Əmin olun ki, İsrail dünya sülhü və təhlükəsizliyi naminə döyüş qalib gələnə qədər mübarizə aparacaq”, – İsrailin baş naziri əlavə edib.
Netanyahunun tezliklə ölkəyə mesajla müraciət edəcəyi bildirilir.