“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, İsrailin xarici kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Qofman ötən həftə ABŞ-a səfəri zamanı Amerika rəsmilərini İrana qarşı hücumları bərpa etməyə çağırıb.
Onların fikrincə, İsrailin xarici kəşfiyyat rəhbəri İrana qarşı əvvəlcədən hərbi əməliyyatlara başlamaq zərurətini əsaslandırır və israr edirdi, ABŞ prezidenti Donald Tramp isə Tehrana qarşı hərəkət variantlarını ölçür.
Mənbələrin verdiyi məlumata görə, İsrail Baş naziri Binyamin Netanyahunun yaxın müttəfiqi olan Mossad rəhbəri ötən cümə günü Vaşinqtonda Tramp administrasiyasının rəsmiləri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb və onlara digər məlumatlarla yanaşı, İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyat məlumatlarını təqdim edib. Görüşlər zamanı Qofman İrana qarşı yeni, çoxgünlük hava hücumları kampaniyasının keçirilməsini müdafiə edib.


























