image-1backend

İsrail KİV-ləri: ”Qəzzada BMT əməkdaşı həlak oldu”

image-reklam_sirab_01

Qəzza zolağında bir avtomobilə edilən hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşı həlak olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail mətbuat orqanları məlumat yayıb.
İsrail mətbuat orqanlarının yaydığı məlumata görə, BMT avtomobilinə hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
İlkin məlumata görə, hücum nəticəsində biri ağır olmaqla yaralananlar olub.
Fələstin mənbələrinin yaydığı məlumatda isə İsrail qüvvələrinin üzərində BMT bayrağı olan avtomobilə atəş açdığı bildirilib.
İsrail ordusunun mətbuat xidmətinin Anadolu Agentliyinin müxbirinin məsələ ilə bağlı sualına verilən cavabda isə hadisənin araşdırıldığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki