Vətəninfo.az xəbər verir ki, İsrailin Baş Qərargah rəisi Herts Halevi Qolan Təpələrindəki vəziyyəti dəyərləndirərkən “Hizbullah”la münaqişənin kəskinləşməsinə dəlalət edən bir sıra açıqlamalar verib.
Halevi deyib: “İsrail ordusu son dərəcə Hizbullahla mübarizəyə fokuslanıb və bu bölgədə hücum əməliyyatlarına hazırlaşır.
“Hesab edirəm ki, son bir ayda zərbələrin, ləğv edilmiş qüvvələrin, məhv edilmiş raketlərin və infrastrukturların sayı çox yüksəkdir”, – Baş Qərargah rəisi vurğulayıb.
Bu açıqlamalar Hizbullah və İsrail qüvvələri arasında müntəzəm hücumların olduğu Livan-İsrail sərhədində gərginliyin artması fonunda verilir.