image-1backend

İsrail  Livana qarşı  quru əməliyyatına başlayır

image-reklam_sirab_01

İsrail ordusunun komandanı bildirib ki, ölkə Livanda mümkün quru əməliyyatına hazırlaşır. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.Sentyabrın 23-dən İsrail qüvvələri Livanda “Hizbullah”ın müxtəlif hədəflərinə zərbələr endirir. “Hizbullah” isə öz növbəsində şimala doğru İsrailə raket zərbələri endirir. Qrupun raketlərindən biri hətta Təl-Əvivə də çatıb.

Sentyabrın 25-də İsrailin şimal sərhədində qoşunlara müraciət edən ölkə ordusunun baş qərargah rəisi general-leytenant Herzi Halevi bildirib ki, İsrailin cəzalandırıcı hava hücumları “sizin mümkün girişiniz üçün zəmin hazırlamaq və Hizbullahı zəiflətməyə davam etmək” məqsədi daşıyır.Associated Press xəbər verir ki, Tel-Əvivə atılan raketə toxunan Halevi əsgərlərə bildirib ki, “Hizbullah” zərbələrinin məsafəsini artırıb və “onlar çox güclü cavab alacaqlar”. İsrail ordusu son günlər Livanda quru əməliyyatı keçirməyi planlaşdırmadığını açıqlasa da, Halevinin şərhləri bunun mümkün olduğunu göstərir. İsrail də sentyabrın 25-də ölkənin şimalına iki ehtiyat briqada göndərəcəyini açıqlayıb ki, bu da “Hizbullah”a qarşı mübarizəni davam etdirməyə və şimal bölgələrinin sakinlərinin öz evlərinə qayıtmasını təmin etməyə imkan verəcək. ABŞ, Fransa və bir sıra digər müttəfiqlər İsrail və Hizbullah arasında 21 günlük atəşkəs əldə etməyə çağırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki