image-1backend

İsrail Livana sarsıdıcı zərbə VURDU-  FOTO

image-reklam_sirab_01

İsrail Müdafiə Qüvvələri (tSAXAL) radikalların hücumlarına hazırlıq əlamətlərini müəyyən etdikdən sonra Livandakı “Hizbullah” hədəflərinə qarşı kütləvi qabaqlayıcı zərbələr endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Walla” xəbər portalı məlumat yayıb.

Hücumlara hazırlığı aşkar etdikdən sonra tSAXAL Livan sərhədindən yüzlərlə kilometr aralıda qabaqlayıcı zərbə endirib. Portal qeyd edir ki, zərbələr mülki şəxslərin yaşayış binaları yaxınlığında onların yanında raket buraxılış qurğuları yerləşdiyinə görə həyata keçirilib.

Daha əvvəl ordunun mətbuat xidməti bəyan etmişdi ki, tSAXAL “Livanda “Hizbullah” terror təşkilatına aid terror hədəflərinə kütləvi zərbələr endirir. Təfərrüatlar daha sonra açıqlanacaq”, – tSAXAL-ın mətbuat xidmətinin bəyanatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki