İsrail Livandakı “Hizbullah” hədəflərinə irimiqyaslı zərbələr endirib. İsrail ordusu Livandakı hava hücumları nəticəsində İsrailə eyni anda 1000-ə yaxın raket atmağa hazır olan 100-dən çox “Hizbullah” raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, TSAXAL-ın məlumatına görə, zərbələr “Hizbullah”a məxsus binaları və qruplaşmanın silah və sursat anbarlarını hədəf alıb.
İsrail ordusunun bəyanatında deyilir ki, “İsrail Müdafiə Qüvvələri “Hizbullah” terror təşkilatının terror aktivlərinə və hərbi infrastrukturuna zərər vurmağa davam edəcək”.
İsrail hərbi rəhbərlərinin sözlərinə görə, əməliyyatın məqsədi “İsrailin şimalında təhlükəsizliyi təmin etməkdir ki, sakinlər öz evlərinə qayıda bilsinlər və hərbi məqsədlərə nail ola bilsinlər”.
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin “Hizbullah”a qarşı hərbi əməliyyatları davam edəcək.