image-1backend

İsrail Livanı havadan VURDU: 20 nəfər həlak oldu

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Barja şəhərinə hücum edib, nəticədə bir neçə qaçqın ailəsinin yaşadığı bina uçub. Hücum nəticəsində qurbanların sayı 20-yə çatıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə Livanın Səhiyyə Nazirliyinin nəzdindəki təcili əməliyyat mərkəzi məlumat yayıb.

İdarənin xülasəsində qurbanların sayının 15-dən 20-yə yüksəldiyi, 14 nəfərin yaralandığı bildirilir.

“Raketin partladığı yerdə dağıntıların təmizlənməsi gecə saatlarında davam edib, qurbanların və yaralananların sayı arta bilər”, mətndə deyilir.

Raketlər 600-ə yaxın məcburi köçkünün məskunlaşdığı Kamal Cumblat adına orta məktəbin yaxınlığındakı yaşayış binasına atılıb. Al Hadath telekanalının verdiyi məlumata görə, hava hücumunun məqsədi şiə “Hizbullah” təşkilatının liderlərindən olan Abdullah İbrahimi məhv etmək olub. Onun taleyi ilə bağlı heç bir məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image