İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələr Livanın şərqindəki Məşqərə bölgəsindəki Şiə Hizbullah hərəkatının bazasını bombalayıb, nəticədə ən azı 14 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki bu barədə fövqəladə hallar üzrə qərargahın məlumatında deyilir.
Mətndə deyilir ki, “Düşmən təyyarələri şəhərin özünə və ətrafına bir neçə zərbə endirib. Xilasedicilər dağıntıları təmizləməyə davam edirlər, ölənlərin sayı arta bilər.”
Livanın cənubunda İsrail təyyarələri səhər saatlarından bəri Deyr-Zəhran, Kövtəriyyə əl-Ruz, Kəfra, Məcdəl Silm və Serifa yaşayış məntəqələrinə hücumlar həyata keçirir. Hələlik oradan itki və ya yaralanma barədə məlumat verilməyib.


























