İsrailin hərbi aviasiyası Livanın cənub bölgələrində şiə “Hizbullah” hərəkatının silahlı birləşmələrinə məxsus obyektlərə zərbələr endirib.
Vətəninfo.az xəbər verir ki , bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı 10-dan çox bölgədə yerləşən Hizbullah hədəflərinə zərbələr endirib.
Telegram-da yayımlanan mesajda, “Vurulan hədəflər arasında silah anbarları, hərbi obyektlər və “Hizbullah” terror təşkilatının İsrailə qarşı terror aktları həyata keçirmək üçün istifadə etdiyi atış meydançası var.Daha əvvəl İŞİD Livanın cənubunda yerləşən Şıxin bölgəsində Hizbullah hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.