image-1backend

İsrail Livanla böyük müharibə istəmir

image-reklam_sirab_01

İsrail regionda böyük müharibədən qaçmağa üstünlük verir, lakin Hizbullahın Livanı və Yaxın Şərqi genişmiqyaslı eskalasiyaya doğru apardığına inanır, buna görə də İsrail ordusu istənilən ssenariyə hazırdır.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri brifinqdə məlumat verib.

“Hizbullahın davam edən təcavüzü və qəddar hücumları Livanı və bütün Yaxın Şərq xalqını geniş eskalasiyaya sürükləyir. Münaqişələri hərtərəfli müharibəsiz həll etməyə üstünlük versək də, İsrail Müdafiə Qüvvələri istənilən ssenariyə tam hazırdır”, – o, Beyrutda Hizbullah silahlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Fuad Şükrün öldürülməsini şərh edərkən deyib.

O, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki