image-1backend

İsrail məqsədlərinə çatana qədər müharibə dayanmayacaq – İsrailin müdafiə naziri

image-reklam_sirab_01

İsrailin müdafiə naziri İsrael Katz Livanda atəşkəsin olmayacağını açıqlayıb. İsrail müharibə məqsədlərinə çatana qədər şiə Hizbullah hərəkatına hücum etməyə davam edəcək.  Vətəninfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki X səhifəsində yazıb.

“Livanda atəşkəs və əməliyyatların dayandırılması olmayacaq. Müharibənin bütün məqsədlərinə çatana qədər Hizbullahı bütün gücümüzlə vurmağa davam edəcəyik. İsrail İsrailin təkbaşına terrorizmlə mübarizə hüququna zəmanət verməyən heç bir razılaşma ilə razılaşmayacaq”, – siyasətçi yazıb.

İsrailin müdafiə naziri həmçinin qeyd edib ki, Livandakı müharibənin məqsədlərindən biri Hizbullahı tərksilah etmək, qüvvələrini Litani çayının o tayından çıxarmaq və İsrailin şimalındakı sakinlərin sağ-salamat öz evlərinə qayıtmasıdır.

İndiyədək ölkənin xarici işlər naziri vəzifəsini tutan Yisrael Katz bir neçə gün əvvəl Yoav Qalantın vəzifəsindən azad edilməsindən sonra müdafiə naziri təyin edilib.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında İsrail və Hizbullah arasında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və atəşi nəticəsində ölkədə 3200-ə yaxın insan həlak olub, 14 mindən çox insan yaralanıb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image