Vətəninfo.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant baş nazir Benyamin Netanyahu və kabinet üzvlərinə göndərdiyi məktubda “müharibənin kompassız irəlilədiyi” xəbərdarlığını edib və “müharibənin hədəflərinin yenilənməsini” istəyib.
“Kanal 13”ün məlumatına görə, Y.Qallant B.Netanyahu, kabinet üzvləri, Mossad və yerli kəşfiyyat agentliyi Şin-Betə (Şabak) İsrailin Qəzza, Livan, işğal altındakı İordan çayının qərb sahili və nəhayət, İranla bağlı strategiyasını dəyişdirmək üçün xəbərdarlıq edəeək bildirib: “Mövcud vəziyyətdə etibarlı bir kompas və yenilənmiş döyüş hədəflərinin olmaması əməliyyatların davamına və hökumətin qərarlarına zərər verir.
Hər şeydən əvvəl, İran və İsrail arasında birbaşa qarşılıqlı münaqişə kimi böyük hadisələr bütün sahələr üzrə əlaqələrinin qurulması və müharibənin hədəflərinin yenilənməsi ilə müzakirə edilməlidir.
İsrail Qəzza, Livan, İran və işğal altındakı İordan çayının qərb sahili kimi dörd tərəfdə yeni hədəflər qoymalıdır.
Qəzza bir hərbi təhdid olmaqdan çıxarılmalı, silahlanmasına maneə qoyulmalı, bu ərazidəki bütün israilli məhbusların geri qaytarılması və “Həmas”a qarşı alternativ güc tətbiqi məqsədləri müəyyənləşməlidir.
Livan cəbhəsinin məqsədləri şimal sakinlərinin mümkün qədər tez evlərinə qayıtmasına imkan verəcək təhlükəsizlik vəziyyəti təmin etmək və İranı mümkün qədər müharibədən kənarda saxlamaq olmalıdır”.